Yanvarın 21-də Türkiyənin Bolu vilayətində otelin yanması nəticəsində 79 nəfər həlak olub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş verənlərlə əlaqədar yanvarın 22-sini matəm günü elan edib. Yanğınla bağlı 11 nəfər həbs edilib. Hadisədən sonra müxalifətdəki Cümhuriyyət Xalq Partiyasından olan Bolu bələdiyyə sədri ilə Mədəniyyət və Turizm Nazirliyi oteldəki yanğının məsuliyyətini kimin daşıması ilə bağlı qarşılıqlı ittihamlar səsləndirib.